Göründüyü kimi, 44 günlük müharibə və ondan sonrakı hadisələr Cənubi Qafqazda qüvvələrin hərbi-siyasi balansını xeyli dəyişdi. Mövcud vəziyyət bütün gələcək proqramlarımızı və fəaliyyətlərimizi bunun üzərində qurmağı tələb edir. 

"Unikal" xəbər verir ki, bunu "Daşnaksütyun" və "Hayastan" fraksiyalarının üzvü Armen Rüstəmyan deyib. 

"Əgər əvvəllər problem müharibədə qeydə alınmış qələbənin möhkəmləndirilməsi idisə, indi bu müharibədə məğlubiyyətin və təslimliyin nəticələrinin zərərsizləşdirilməsi və qarşıya çıxan yeni çağırışların aradan qaldırılmasıdır. Ölkəni yeni məğlubiyyətə aparan tənəzzül prosesi aktual məsələdir, hər hansı bir geri çəkilmə və ya güzəşt erməni dövlətçiliyinin itirilməsinə səbəb olacaq qırmızı xətti göstərir. Türkiyə-Azərbaycan türk ölkələrinin Böyük Turan ideyası ilə birləşməsi yolu ilə bu müharibədən maksimum fayda əldə etmək ambisiyalarını nəzərə alsaq, deyə bilərik ki, bu gün Ermənistan üçün birbaşa təhlükə Ermənistanın türkləşməsi və ermənilərin "Artsax"dan qovulmasıdır. Bizim əsas məqsədimiz bunun qarşısını almaq olmalıdı", - deyə A.Rüstəmyan bildirib. 

Ağarza Elçinoğlu