ABŞ-ın Merilend ştatında yaşayan 61 yaşlı qadın üç il ərzində üç dəfə lotereyanın qalibi  olub.

"Unikal" xəbər verir  ki,  adı  açıqlanmayan qadın  5 dollarlıq iki bilet aldıqdan sonra ikinci biletində baş mükafat olan 50 min dolları qazanıb. 

Məlum olub ki,  qadın ilk dəfə 2018-ci ilin avqustunda 50 min dollarlıq baş mükafatı daha sonra 2019-cu ilin oktyabr ayında şans oyunu olan “Cash Craze Doubler” oynayaraq daha 50 min dollar qazanıb.