Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, prezidentlər Belarus-Polşa sərhədindəki mövcud vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, hazırda Belarus ilə Polşa arasında sərhəd regionunda Yaxın Şərq və Afrikadan minlərlə miqrant Polşaya və bununla da Avropa İttifaqı ərazisinə daxil olmağa çalışır. Polşa Parlamentinin aşağı palatası (Seym) noyabrın 17-də sərhəd mühafizəsini gücləndirmək məqsədilə sərhədyanı bölgələrdə hərəkətin və media azadlığının müvəqqəti məhdudlaşdırılmasına icazə verən qanun layihəsini qəbul edib.