Dünyada koronavirusa yoluxma hallarının sayı 260 milyonu ötüb, virusdan ölüm hallarının sayı 5,2 milyonu keçib.

"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. ÜST-ün məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 260 867 011 nəfər, virusdan ölənlərin sayı 5 200 267 nəfərə çatıb. 26 noyabrdan etibarən yoluxanların sayı 1 307 278 nəfər, ölənlərin sayı 16 768 nəfər artıb.