Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 398 yeni yoluxma qeydə alınıb.

"Unikal"-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 338 518-ə çatıb.

Son sutka ərzində infeksiyadan 32 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 7 567 nəfərə yüksəlib.