Barbados adası rəsmi olaraq respublika elan edilib.

"Unikal" xəbər  verir ki,  Dame Sandra Meyson ölkənin müstəqilliyinin 55-ci ildönümündə prezident kimi and içib. Tədbirdə Uels Şahzadəsi Çarlz və Barbadoslu müğənni Rihanna iştirak edib.

Şahzadə Çarlz çıxışında Karib adasının məruz qaldığı “köləliyin dəhşətli vəhşiliklərini” etiraf edib.

Rəsmi hakimiyyət dəyişikliyini qeyd etmək üçün Britaniya monarxiyasına yekun salam verilib və Royal Standard bayrağı endirilərək dəyişdirilib. 

16 sentyabr 2020-ci il tarixində Barbados Baş Qubernatoru olaraq verdiyi açıqlamada Meyson Kraliça II Elizabetin dövlət başçısı kimi tanınmasını dayandırmaq və gələn il respublika olmaq istədiklərini bildirmişdi. Barbados 1956-cı ildən faktiki olaraq müstəqil olsa da, 1996-cı il noyabrın 30-da İngiltərədən  asılıvəziyyətə düşüb.

Təxminən 285 min əhalisi olan Barbados, turizm və maliyyə sahəsindəki yenilikləri ilə bölgənin ən zəngin adalarından birinə çevrilib.