Bu gün Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyan jurnalistlərin qarşısına çıxıb. 

"Unikal"  xəbər verir  ki, Sarkisyan mətbuat işçilərinin bəzi suallarını cavabsız qoyub.  Belə  ki, jurnalistin  "Azərbaycanlılar İşxanəsərdədirmi?"  sualına  nazir müavini  cavab  verməyib.  O,  hətta sualdan yayınaraq "Mən məşğulam, tələsirəm. Növbəti dəfə bir sıra suallara cavab verəcəm", - deyərək, ərazidən uzaqlaşıb. 

Qeyd edək ki, İşxanəsər Zəngəzur rayonunun inzibati ərazisidir.

Gülayə  Mecid