Koronavirus pandemiyasının kölgəsində 2021-ci ilin son günləri yaxınlaşdığı bir vaxtda Britaniyanın "Reuters" xəbər agentliyi 2021-ci ilin ən yaddaqalan fotolarını paylaşıb.

"Unikal" xəbər verir ki, bu ilin əsas məqamları və inkişafları agentliyin fotoqrafları tərəfindən seçilən fotoşəkillərdə heyrətamiz şəkildə görünür:

1. Hindistanda  açıq  krematorium 

Foto aprelin 23-də Dehlidə çəkilib. Fotoda insanların xəstəxanalar və krematoriyalardakı doluluq səbəbindən açıq havada yaradılan krematoriyalarda Covid-19-dan ölən qohumlarını yandırdıqları görünür.

2. ABŞ-da qanlı konqres 

ABŞ-da 2021-ci ilin ilk böyük hadisəsi Vaşinqtonda qeydə  alınıb. Polislə toqquşma və əlbəyaxa dava olan hadisə müasir ABŞ tarixinə qara ləkə kimi düşüb. Yanvarın 6-da baş verən hadisədə 5 nəfər həyatını itirib.

3. Eyfel işığı ilə super ay

Koronavirus pandemiyası səbəbiylə komendant saatının tətbiq olunduğu günlərdə Parisdə yaşayanlar tarixi bir mənzərənin şahidi oldular. Aprelin 27-də səmada Super Ay görünərkən, şəhərin simvolu olan Eyfel qülləsi Aya işıq salıb  və  həmin an fotoqraflar  tərəfindən kadra alınıb.

4.  İngiltərə  və Fransa arasında  qaçqın böhranı

Qaçqın böhranı bütün dünyada üzüntüyə səbəb olarkən, ilin son həftələrində İngiltərə və Fransa bu mövzuda üz-üzə gəldi. La-Manş boğazı vasitəsilə Fransadan İngiltərəyə gedən qaçqınların ölümündən sonra hər iki ölkə bir-birini günahlandırır.

5. İspaniayda vulkan 

İspaniyanın Kanar adasındakı El-Pasoda vulkanın püskürməsi həm yerli sakinləri narahat edib, həm də turizmə ziyan vurub.

6. İsrailin media təşkilatlarına  hücumu

May ayında Fələstində çəkilən bu fotoda  İsrailin media qurumlarının yerləşdiyi binaya hücumu əks olunub. 

7. Ukraynada  daxil və  xarici  gərginlik 

Rusiya ilə gərginliyin kifayət qədər yüksək olduğu Ukraynada avqustun 14-də polis və nümayişçilər Prezident Binası qarşısında üz-üzə gəldiyi an...

8. Əfqanıstandan qaçın!

ABŞ-ın rəhbərlik etdiyi Qərb dövlətləri ölkəni tərk etdikdən sonra "Taliban" 2021-ci il avqustun 15-də Kabili ələ keçirərək Əfqanıstanı idarə etməyə başlayıb. 20 illik müddətdən sonra ölkəni yenidən ələ keçirən "Taliban"dan qaçmaq istəyən çoxlu sayda insan Kabil hava limanına axın edib. Çox sayda insanın öldüyü və tez-tez izdihamların yaşandığı bölgədə "Reuters"in çəkdiyi foto dramı ortaya qoyur. Cəmi bir neçə aylıq olduğu təxmin edilən körpəsini barrikadalardakı ABŞ əsgərinə verən ata ən azından övladının zülmkar rejimdən qurtulmasını təmin etməyə çalışır.

Gülayə  Mecid