Hazırda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “qara siyahı”sına 101 nəfər daxildir.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq AZAL-dan məlumat verilib. 

Bildirilib ki, 2021-ci il 1 yanvar tarixindən etibarən siyahıdan 16 nəfərin adı çıxarılıb.

Qeyd edək ki, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır.

Anar Kəlbiyev