“Yaralılar hazırda DSX-nin Hərbi Hospitalındadırlar, hər ikisi ilə telefon əlaqəsi saxlamışam".

"Unikal" xəbər ki, bunu Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Səhhətləri normaldır. Onların sağlamlığının bərpa olunması üçün zəruri tədbirlər həkimlər tərəfindən həyata keçirlir”, - o bildirib.