Cənubi Afrika Respublikasında (CAR) son 24 saat ərzində koronavirusa yoluxanların sayı 2 dəfə artıb.

"Unikal" xəbər verir ki, ölkədə ötən gün 4 373 yeni COVID-19 hadisəsi təsdiqlənib ki, bu da əvvəlki gün qeydə alınan 2273-dən iki dəfə çoxdur.

Koronavirusa yoluxanların ümumi sayı isə 2 milyon 968 min 52 nəfərə çatıb.