ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə yerli polisin keçirdiyi mətbuat konfransında bildirilib.

Yaralılar üç müxtəlif xəstəxanalara yerləşdirilib. Onlardan ikisi hazırda əməliyyata götürülüb. Daha altısının vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, hadisəni 15 yaşlı tələbə törədib.

O, yarıavtomat tapançadan 15-20 atəş açıb. Cinayətkarın tək hərəkət etdiyi ehtimal edilir.

Yeniyetmə hadisədən 5 dəqiqə sonra saxlanılıb. Onun polislərə atəş açmadığı və könüllü təslim olduğu vurğulanıb.