“Sərhədçi” İdman Kompleksində helikopter qəzasında ötən gün həlak olan hərbi qulluqçularla vida mərasimi başa çatıb.

"Unikal"ın xəbərinə görə, hərbi qulluqçular II Şəhidlər Xiyabanında dəfn ediləcək.

*** 12:25

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə həlak olan 14 hərbi qulluqçu ilə vida mərasimi başlayıb.

"Unikal"ın xəbərinə görə, mərasim DSX-nin “Sərhədçi” İdman Kompleksində keçirilir.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

*** 10:32

Dünən Xızıda helikopter qəzası zamanı şəhid olan hərbçilərlə bu gün vida mərasimi keçiriləcək.

“Unikal” xəbər verir ki, saat 12-də Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksində şəhidlərlə vida mərasimi olacaq.

Yaxınlarının verdiyi məlumata görə, sonra hərbçilər İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Müxbir: Anar Kəlbiyev 

Foto: Turqut Sultan