“44 günlük müharibə zamanı Qarabağdakı “generallar”ın əmri ilə yüzlərlə, minlərlə əsgər öldürülüb”.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanda yaşayan bloger Roman Baqdasaryan videoçarx hazırlayıb.

Baqdasaryan yayımladığı çarxda, "250 hərbçi həmin “generallar"ın əmri ilə Suqovuşan istiqamətində öldürülüb", - deyə ifadə  işlədib. 

Bundan sonra, erməni  generalların əleyhinə ciddi ittihamların səsləndiyi kifayət qədər qalmaqallı olan videoçarx Milli Təhlükəsizlik Xidmətinə göndərilib. Artıq bu barədə  xüsusi araşdırmalara başlanılıb. 

Qeyd edək ki, Roman Baqdasaryan Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş razılaşması"nın fəalı və hakimiyyətin qatı tərəfdarıdır. O hətta 2021-ci il seçkiləri zamanı Nikol Paşinyanın qərargahında da görüntülənib.

Xatırladaq ki, bundan öncə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və bir sıra yüksək rütbəli hərbi məmurlar saxlanılmışdılar. Hazırda onların məhkəmə prosesi davam edir.