Almaniyanın Münhen şəhərində inşaat meydançasında bombanın partlaması nəticəsində 3 nəfər yaralanıb.

"Unikal"  xarici KİV-ə istinadən xəbər verir ki, həmin ərazidə İkinci Dünya müharibəsi dövründən qalan bomba partlayıb.   Yaralı şəxslər qısa zamanda  xəstəxanaya yerləşdirilib. 

Partlayışın səsi bir neçə kilometr məsafədən eşidilib. İnsidentlə bağlı digər detallar bəlli deyil.