Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 196 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 22 556 nəfər COVID-19 infeksiyasına yoluxub, 24 113 nəfər isə sağalıb.