2021-ci ilin ən yaxşı atleti müəyyənləşib.

"Unikal" Ümumdünya Atletikasının (World Athletics) rəsmi saytına istinadən xəbər verir ki, bu ada Tokio-2020 Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçışda qızıl medal qazanmış Karsten Varholm layiq görülüb.

Norveçli idmançı səsvermədə Coşua Çeptegeyi (Uqanda), Rayan Krauzer (ABŞ), Arman Düplantis (İsveç) və Eliud Kipçogeni (Keniya) qabaqlayıb.

Qadınlar arasında ilin atleti isə yamaykalı Eleyn Tompson seçilib. O, Tokio olimpiadasında 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, ilin ən yaxşı atleti mükafatı 1988-ci ildə təsis olunub.