Mingəçevirdə qadını maşın vurub.

"Unikal"-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, şəhər mərkəzi bazarının qarşısındakı keçiddə baş verib. Yolu keçmək istəyən və şəxsiyyəti hələki naməlum olan qadın piyadanı minik maşını vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Yaralı qadın öncə şəhər mərkəzi xəstəxanasına çatdırılıb.  Oradan isə özəl klinikalardan birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı