Xəbər verdiyimiz kimi, ötən gün Hacıqabulda VAZ-2107 markalı avtomobil Şirvan sakini, 1991-ci il təvəllüdlü Cəfərov Şəhriyar Cəfərağa oğlunu vurub. Ağır kəllə-beyin travması alan 30 yaşlı keçmiş polis əməkdaşı aldığı xəsarətlərdən Şirvan xəstəxanasına çatdırılandan bir-neçə dəqiqə sonra ölüb.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ş. Cəfərov Milli Məclisin deputatı İltizam Yusifovun bacısı oğludur.