ABŞ-ın müdafiə naziri Lloyd Ostin Çinin hipersəs silahlarına can atmasının “bölgədə gərginliyi artırdığını” bildirib.

"Unikal" xəbər verir ki, bu  barədə  Ostin Cənubi Koreyanın paytaxtı Seula səfəri çərçivəsində həmkarı Suh Vook ilə görüşü zamanı  deyib.  

Ostin Çinin hərbi imkanlarından narahat olduqlarını, ABŞ və müttəfiqləri üçün potensial təhlükə qarşısında müdafiə və çəkindirmə imkanlarını qorumağa davam edəcəklərini bildirib.