Ən çox istifadə olunan kriptovalyuta olan bitkoinin məzənnəsi ötən gecə 42 min dollar olub. Bu da son iki ayın ən aşağı həddidir.

“Unikal” xəbər verir ki, bütövlükdə başlıca kriptovalyutaların məzənnəsi ötən gecə 20 faiz azalıb, kriptovalyuta bazarının həcmi isə 16 faiz azalaraq 2 trilyon ABŞ dollarınadək geriləyib.

Ən böyük kriptovalyuta birjası olan “Binance”da bitkoin son 24 saatda 16,7 faiz ucuzlaşaraq bu gün səhərə olan vəziyyətə görə 47,25 min dollardan, 20 birjanın orta rəqəmlərini hesablayan “Coin Market Cap” portalına görə isə 16,36 faiz ucuzlaşaraq 42,6 min dollardan satılıb.