Azərbaycanda II Qarabağ mühribəsi şəhidlərinin simvolu hesab edilən "Xarıbülbül" corabların üzərinə vurulub. 

"Unikal" xəbər verir ki, bu barədə foto sosial şəbəkələrdə yayılıb. 

Corabları hazırlayan "Corabb" şirkəti sərt tənqid edilib. Sosial şəbəkə istifadəçiləri bildirib ki, sözügedən simgəni şəhid anaları və digər vətəndaşlar sinələrinin üzərində gəzdirir. Belə ki, onun ayaq geyiminin üzərinə vurulması düzgün hesab edilməyib.

Ağarza Elçinoğlu