Tanınmış kinoprodüser, aktyor Mark Rudinşteyn vəfat edib.

"Unikal"  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə kinoprodüserin həyat yoldaşı Natalya məlumat yayıb.

Bir müddət əvvəl damar əməliyyatı olan Markın ötən ay vəziyyəti pisləşib. İnfarkt keçirdiyi üçün reanimasiyaya yerləşdirilən aktyora insult diaqnozu qoyulub. O, noyabrın 25-dən süni komaya salınıb və nəfəs aparatına qoşulub. Vəziyyəti getdikcə ağırlaşan Mark bu gün 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Rudinşteyn Odessada anadan olub. 90-cı illərin əvvəllərindən filmlərdə rol alan aktyor “Anomaliya”, “Babi Yar”, “Qurd Messinq” və s. filmlərə çəkilib.

1990-cı ildə Oleq Yankovski ilə birlikdə "Kinotavr" festivalının əsasını qoyub və 15 il bu tədbirə rəhbərlik edib. Bundan sonra Aleksandr Rodnyanski festivalın prezidenti seçilib.