Ötən gecə  Türkiyədə "Altın Kelebek" mükafatlandırma mərasimi baş tutub.

"Unikal" xəbər verir ki, mərasimdə diqqət çəkən məqamlardan biri türkiyəli məşhur aktrisa Melis Sezenin taxdığı boyunbağı olub.

Belə ki, "Tiffany & Co"ya məxsus 30 milyon dollar dəyərində olan aksesuar daha əvvəl müğənni Ledi Qaqanın boynunda görünüb. İfaçı 2019-cu ildə "Oskar" mükafatına layiq görülərkən eyni boyunbağını taxıb.  

Melis təqdimatda Ahsen Eroğlu və Cemre Baysellə birgə "Ulduzu parlayanlar" mükafatını alıb.