Qusarda bədbəxt hadisə baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Laza kəndində baş verib. 2008-ci il təvəllüdlü Nihad Rüstəmli dağdan yıxılaraq ölüb.

Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.