Kanadanın Labrador Vest əyalətində təyyarə qəzası baş verib.

"Unikal" xəbər verir ki, qəza nəticəsində 2 nəfər hadisə yerində ölü tapılıb. 

Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı məlumat topladığını bildirib.

Qeyd edilib ki, həvəskarlar tərəfindən inşa edilmiş Mörfi Rebel təyyarəsi şənbə günü günortadan sonra göyərtəsindəki 2 nəfərlə Vabuş yaxınlığındakı göldə qəzaya uğrayıb. 

Polisin verdiyi məlumata görə, təyyarə göldən çıxarılıb, hazırda araşdırma davam edir. 

Ağarza Elçinoğlu