Tailandda koronavirusun "Omikron" ştamına ilk yoluxma hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi Xəstəliklərə Nəzarət Departamentinin Baş direktoru Ophat Kankaviphonq brifinqdə bildirib.

Onun sözlərinə görə, həmin şəxs 35 yaşlı ABŞ vətəndaşıdır. Ona bu ilin iyununda “Johnson Jhonson” peyvəndi vurulmuş, noyabrın 28-də İspaniyada verdiyi PCR testi mənfi çıxmış və noyabrın 30-da verdiyi PCR testinin nəticəsi müsbət olmuşdur.