Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə rəis təyin olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Sabir Həsənov təyinat alıb.

Qeyd edək ki, bir neçə gün öncə Bakıda keçirilən etiraz aksiyası zamanı saxlanılan müxalif siyasətçi Tofiq Yaqublu adıçəkilən bölmədə döyüldüyünü iddia edib.

Xatırladaq ki, 39-cu polis bölməsinin sabiq rəisi Fazil Zərbəliyev bir müddət öncə vəzifəsindən azad edilərək Sabunçu Rayon Polis İdarəsinin rəisinin əməliyyat işi üzrə rəis müavini təyin edilib.

Murad İbrahimli