Rusiyada milyarderlərin sayı 131 nəfərə çatıb. Reytinqi tərtib edən “CEO” jurnalı milyarderlərin 2012-ci illə müqayisədə 11 nəfər artdığını açıqlayıb.

Milyarderlərin reytinq cədvəlinə “Metalloinvesta”nın sahibi Alişer Usmanov (18,72 milyard ABŞ dolları) başçılıq edir. Cədvəlin ikinci pilləsində Novolipetsk Metallurgiya Kombinatı direktorlar şurasının sədri Vladimir Lisin (17,2 milyard dollar), üçüncü pilləsində isə “Renova” şirkətlər qrupunun rəhbəri Viktor Vekselberq (15,94 milyard dollar) yer alır.

Rusiya milyarderləri siyahısında onuncu pillədə yer alan “Lukoyl” un prezidenti Vahid Ələkbərov (12,03 milyard dollar) və başqa iki azərbaycanlının adı var. Cədvəldə “CrocusGroup”un sahibi Araz Ağalarov (2,01 milyard dollar) 56-cı, siyasətçi və mesenat, “Nortqaz”ın sabiq ortağı Fərhad Əhmədov (1,38 milyard dollar) isə 85-ci yerdədir.
Rusiyanın üç azərbaycanlı milyarderi - SİYAHI