"Ukrayna hakimiyyəti Donbassda atəşkəs layihəsinin yenilənmiş variantını hazırlamağa söz verib". 

"Unikal" xəbər verir ki, bu sözləri özünü Donetsk Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri adlandıran Nataliya Nikonorova bildirib. 

Donbass üzrə təmas qrupunun görüşü zamanı Kiyev nümayəndələri layihənin hazırlanması üçün vaxt istəyiblər. Öz növbəsində, DXR nümayəndələri davamlı atəşkəsin təmin edilməsi üçün münaqişənin hər iki tərəfinin atacağı əməli addımları təklif ediblər.

Diplomat qeyd edib ki, Donetsk Kiyevdən vəd edilmiş mətni gözləyir.

Ağarza Elçinoğlu