Məşhur türkiyəli cütlük Kadir Doğulu ilə həyat yoldaşı aktrisa Neslihan Atagül xəyanət  mövzusuna  görə yenidən gündəmə  gəlib. 

"Unikal" xəbər verir ki, xəyanət  xəbərlərini əsassız adlandıran aktyor Kadir Doğulu bu barədə “Hüriyyet”ə danışıb. 

“Aşkın tarifi” serialında baş rol ifaçısı, aktrisa Serra Arıtürklə hallanan aktyor zarafatyana bunları deyib:

“Bəli, xəyanət etdim. Səhər oyananda sevgilimin üzünə baxmadım. Xəyanət etdim. Xəbərləri görüncə “səni aldatmışam” dedim, gülüb keçdik”.