Lerikdə dağ-meşə ərazisində yanğın olub.

Bu barədə "Unikal"a  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Brkandul kəndi yaxınlığında dağ-meşə ərazisində təqribən 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın FHN-in yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.