Bakıda "149" nömrəli sərnişin avtobusunda naməlum səbəbdən tüstülənmə hadisəsi qeydə  alınıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Sahil qəsəbəsi adlanan ərazidə saat 14 radələrində qeydə alınıb. "99-UF-182" nömrəli avtobusda baş verən hadisədən sonra sərnişinlər sürücüdən nəqliyyat vasitəsini dayandırmağı tələb edib.

Lakin sürücü buna əhəmiyyat verməyərək, yoluna davam edib.  

Gülayə  Mecid