İraqın şimalındakı “Pəncə-İldırım” əməliyyat bölgəsində PKK terror qruplaşmasının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçi şəhid olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə ordusu terrorçuların hücumunu cavabsız qoymayıb. Hava zərbələri ilə 6 terrorçu zərərsizləşdirilib.

Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

***

15:27

Suriyada xidmət edən Türkiyə Silahlı Qüvvələrinin hərbçisi, çavuş Emre Ceylan şəhid olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Mətbuat yazıb ki, 28 yaşlı hərbçi Suriyanın “Bahar Qalxanı” bölgəsindən əməliyyatdan qayıdarkən uçurumdan yıxılaraq yaralanıb. Türkiyənin Hatay şəhərindəki xəstəxanaya yerləşdirilən E.Ceylanın həyatını xilas etmək mümkün olmayıb.