Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes idarəçiliyi fakültəsinin təşkilatçılığı və “İnvest-AZ” şirkətinin dəstəyi  ilə “Birjada qiymətin düşməsindən necə qazanmaq?” adlı təlim keçirilib. 

"Unikal" xəbər verir ki,  adıkeçən fakültənin dekanı dosent Vüqar Nəzərov mövzuya dair qısa məlumatdan sonra  tələbələri təlimdə fəal iştiraka çağırıb. “İnvest-Az” şirkətinin tədris üzrə meneceri, təlimçi Rövşən Məmmədov günün aktual mövzusunu şərtləndirən başlıca detallara aydınlıq gətirib. İştirakçı tələbələrin çoxsaylı suallarını cavablandırıb. 

Rövşən Məmmədov təlimin sonunda görüşün təşkilindən və tələbələrin fəallığından məmnun qaldığını bildirib.