Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyan 2 milyard dramdan çox pulların mənimsənilməsində ittiham olunub.

"Unikal" xəbər verir ki, Qasparyan 2000-2018-ci illərdə müxtəlif vəzifələrdə işləyərkən səlahiyyət həddini aşaraq, sui-istifadə edib və ya saxtakarlıq, mənimsəmə, korrupsiya ilə məşğul olub.

Nəticədə Qasparyan bahalı evlər və nəqliyyat vasitələri alıb və onların mənşəyini gizlətmək üçün onları yaxınlarının adına yazıb.

Qasparyan eyni anda bir neçə cinayət işi ilə ittiham olunaraq həbs edilib. 

Ağarza Elçinoğlu