Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə baş müşaviri Akop Simidyan tutduğu vəzifədən azad edilib.

"Unikal"  xəbər  verir ki, Simidyan bu ilin avqustunda baş nazirin baş müşaviri təyin edilibmiş. Simidyan həm də 7-ci çağırış Milli Məclisdə “Mənim addımım” fraksiyasının katibi olub.

Erməni  mətbuatında yer alan xəbərə görə, Akop Simidyan tezliklə ətraf mühit naziri təyin olunacaq.

 Gülayə  Mecid