Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat verib.
Bildirilib ki, Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qabaqtəpə kənd sakini İqbal Bağırovdan 1 ədəd  “TOZ-63” markalı, 16 kalibirli, qoşa lüləli ov tüfəngi,  həmkəndlisi Faiq Abdullayevdən isə  tək lüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.