Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Böyük Millət Məclisində büdcə müzakirələrinə qatılıb.

"Unikal" xəbər verir ki, ölkə parlamentində çıxış edən nazir maraqlı açıqlamalar verib.

O, Ermənistanla münasibətlərin normallaşdırılması üçün qarşılıqlı nümayəndələr təyin ediləcəyini bildirib.

Həmçinin, yaxın zamanlarda İrəvana çarter reyslərinə də başlanılacağını qeyd edib.