Xaçmazda yerli sakin dəm qazından zəhərlənərək ölüb.

"Unikal" xəbər verir ki, hadisə Müxtədir qəsəbəsində baş verib. Belə ki, 1976-cı il təvəllüdlü Ceyran Həsən qızı Qədirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

C.Qədirovanın meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)