Noyabrın 14-də Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn “Dəyişiklikləri davam etdirin” koalisiyasının liderlərindən biri Kiril Petkov ölkənin yeni baş naziri olub.

"Unikal" xəbər verir ki, onun namizədliyi bazar ertəsi respublika parlamenti tərəfindən təsdiqlənib. Üç saata yaxın davam edən debatdan sonra 134 deputat Petkovu müdafiə edib.

Baş nazirin təsdiqindən sonra deputatlar səs çoxluğu ilə Petkovun təklif etdiyi strukturu, sonra isə hökumətin tərkibini dəstəkləyiblər. İmzalanmış koalisiya sazişinə uyğun olaraq, 10 nazir postunu “Davamlı Dəyişikliklər” koalisiyasının nümayəndələri tutub.