Goranboyda hərbçi dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə Zeyvə kəndində qeydə alınıb. Hərbçi olduğu bildirilən 1996-cı il təvəllüdlü Zeyvə kənd sakini Alagözlü Həsrət Bahyəddin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

O, xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi müdaxiləsi nəticəsində gəncin durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı