Avtobus marşrutu dəyişərək sərnişini təcili xəstəxanaya çatdırıb.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir şəhərinin əsas marşrut xətlərindən birində hərəkət edən avtobusda qeydə alınıb. Kimliyi hələlik məlum olmayan, təxminən 40-45 yaşlı qadın qəfildən huşunu itirib.

Avtobus sürücüsü təcili yardım xidmətini gözləmədən dərhal marşrutu dəyişərək huşsuz vəziyyətdə olan sərnişini xəstəxanaya çatdırıb.

Qadının şəhərdəki Kəlbəcər rayon məktəbində müəllimə işlədiyi bildirilir.

Ehtiram Muradlı