Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda avtobuslarla 925 910,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 6,2% azdır.

Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, 2020-ci ilin yanvar-oktyabr aylarında avtobus nəqliyyatı ilə 986 801,1 min sərnişin daşınıb.

Məlumata görə, hesabat dövründə minik taksilərindən 80 412,6 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 2 dəfədən çox artım deməkdir. Belə ki, 2020-ci ilin yanvar-noyabr aylarında taksi xidmətlərindən 40 129,3 min nəfər istifadə edib.