“Bir sıra müəllimlərin vəzifə maaşları daha da əhəmiyyətli dərəcədə artacaq. Bu, ona görədir ki, bu şəxslərin vəzifə maaşlarının üzərinə əlavələr gəlinir”.

“Unikal” xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib.
Nazir müavini bildirib ki, xüsusən lisey və gimnaziyalarda çalışan müəllimlərdir:

“Onların sayı təxminən 5,2 min nəfərdir. Onların maaşlarına 15 faiz əlavə edilir. Əgər 15 faiz əlavəni də nəzərə alsaq, bunların vəzif maaşları əhəmiyyətli dərəcədə artacaq.

Eyni zamanda xüsusi təhsil müəssisələri var, burada çalışanların sayı təxminən 1400 nəfərdir. Onların vəzifə maaşına 50 faiz əlavə mövcuddur. Toplam olaraq ali təhsilli bu şəxsləri götürsək, lisey və gimnaziyada çalışan müəllimlərimizin orta aylıq maaşı 950-1000 manat civarında olacaq.

Xüsusi təhsil müəssisələrində çalışan müəllimlərimizin orta aylıq maaşı isə 1200-1250 manat təşkil edəcək”.