Elçibəyin ailəsinin 2500 manat qaz borcu var
Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin ailəsi təbii qazdan istifadəyə görə uzun müddətdir yığılıb qalan borcdan gileylənib.

Bu barədə Modern.az-a danışan mərhum Elçibəyin qayını Mirmövsüm Mahmudov eks-prezidentin ailəsinin 2500 manat qazpulu borcu olduğunu və bu borcun ödənişində çətinlik çəkdiklərini deyib. M.Mahmudov aidiyyatı dövlət qurumlarına müraciət edərək Əbülfəz Elçibəyin xidmətlərini nəzərə alaraq həmin borcun bağışlanmasını istəyib.

“Elçibəyin ailəsinin 2500 manatdan çox qazpulu borcu var. Nə üçün Azərbaycanda əvəzsiz xidmətləri olan Elçibəyin ailəsini bu borcu dövlət tərəfindən bağışlanmamalıdır? Elçibəyin oğluna, yaxınlarına iş vermirlər. Amma borcun ödənməsini tələb edirlər”, – deyə M. Mahmudova bildirib.