Fransanın Le-Mans şəhərində 5-11 yaş arası 6 uşağa peyvənd mərkəzində  səhv vaksin vurulub. 

"Unikal" xəbər verir ki,uşaqlara həddindən artıq dozada və fərqli yeni növ koronavirus (COVID-19) peyvəndi vurulduğu aşkarlanıb. Bu  barədə  Le-Mans Regional Sağlamlıq Agentliyi açıqlama yayıb. 

Məlumatda, 5-11 yaş arası uşaqlara normal olaraq 10 milliqram pediatrik və 20 milliqram Pfizer Comirnaty vurulduğu qeyd olunub. Azyaşlılar xəstəxanaya yerləşdirilib. 

Səhv peyvənd vurulması  ilə bağlı cinayət işi açılıb.