Bərdədə sudan çıxarılan uşaqlar ölüb.

"Unikal"-ın məlumatına görə,  7 yaşlı Qurbanov İbrahim Zöhrab oğlu  və 9 yaşlı Qurbanov Allahverdi Vasif oğlu xəstəxanaya yerləşdirilsələr də həkimlərin səylərinə baxmayaraq onları xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən uşaqlar əmioğludurlar. 

Qeyd edək ki, A. Qurbanovun atası V. Qurbanov polis əməkdaşıdır. 

xxx

17:12

Bərdədə iki azyaşlı çaya düşüb.

"Unikal"ın məlumatına görə, hadisə Tərtər çayının Bərdə rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, şadlıq saraylarından birində keçirilən toy məclisində iştirak etmək üçün valdeyinləri ilə gələn iki azyaşlı şadlıq sarayının yaxınlığından keçən Tərtər çayına düşüb. Hər iki uşaq ətrafda olan insanların köməkliyi ilə çaydan çıxarılaraq, rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Həsən Adıgözəlov