"Son illər Rusiya terror təhlükəsinin köklü şəkildə azalmasına nail olub".

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Xidməti İşçisi Günü münasibətilə təbrik müraciətində deyib.

Rusiya liderinin sözlərinə  görə, ötən ilin 11 ayı ərzində 32 terror aktı da daxil olmaqla, 61 terror cinayətinin qarşısı alınıb.

"Son 11 il ərzində iki yüzdən çox terror aktının qarşısı alınıb və bu müddət ərzində terror cinayətlərinin sayı dəfələrlə azalıb", - deyə  Putin bildirib.