Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti toplanıb.

"Unikal" TRT-yə istinadən xəbər verir ki, iclasın əsas gündəliyi iqtisadiyyat olacaq. Məzənnədəki dalğalanmanın bazara əks olunması müzakirə olunacaq. 2022-ci ildə dövlət işçilərinin və təqaüdçülərin maaşlarının tənzimlənməsi ilə bağlı qiymətləndirmə aparılacaq.

İclasda xarici siyasətdəki digər isti hadisələr də müzakirə olunacaq. Nazirlər Kabinetinin iclasının digər mühüm gündəm maddəsi terrorla mübarizə olacaq. Koronavirusla mübarizədə son vəziyyət də dəyərləndiriləcək.

Prezident Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra “Millətə müraciət” çıxışı edəcəyi gözlənilir.